Back

ⓘ Cəmiyyət (Xocavənd)




Cəmiyyət (Xocavənd)
                                     

ⓘ Cəmiyyət (Xocavənd)

Cəmiyyət - Azərbaycan Respublikasının Xocavənd rayonunun Cəmiyyət kənd inzibati ərazi dairəsində kənd.

Kəndin adı 29 dekabr 1992-ci ilə qədər Ninki olmuşdur.

Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilmişdir.

Cəmiyyət Xocavənd rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Vaxtilə gəlmə ermənilər burada məskunlaşdıqdan sonra kəndin adını da dəyişdirib Ninki adlandırmışdılar. 1992-ci ildən yaşayış məntəqəsinin keçmiş adı bərpa edildi. Cəmiyyət ərıb dilində "birlik", "camaat", "yığın" deməkdir.