Back

ⓘ Təbiət




                                               

Təbiət

Qeyri-maddi təbiət - enerjiyə malik olan maddə və fiziki sahə. Onun quruluşu aşağıdakı sıralama ilə gedir: elementar hissəcik, atom, kimyəvi element, planet, ulduz və kainat. Maddi təbiət - müxtəlif hallarda ola bilər:qaz, maye, bərk və plazma). Materialist dünyagörüşünə görə hesab edilir ki, qeyri-maddi təbiətin inkişafı canlı təbiətin yaranmasına gətirib çıxarıb. Cansız təbiəti aşağıdakı şəkildə ayırmaq olar: Yerin quru hissələri Səma cisimləri Yerin sulu hissələri Hava cisimləri

                                               

Təbiət elmləri

Təbiət elmləri dünyanı naturalist nöqteyi-nəzərindən öyrənir və cəmiyyətdən təbiətə münasibətdə onun qanunlarına hörmətlə yanaşmağı tələb edir. Naturalizm insanın yaratdığı qanunları təbii proseslərə şamil etmədən, təbiət qanunlarını öyrənərək istifadə etmək üzərində qurulan sistemdir. Təbiət elmlərinin yaranması elmi tədqiqatlara fəlsəfi yanaşmanın nəticəsidir. Təbiət elmləri anlayışı həmçinin, humanitar elmlərlə ictimai elmlər arasında fərqi göstərmək üçün istifadə edilir. Riyaziyyat elmi məntiqlə birlikdə formal elmlərə daxil edilir və təbiət elmlərinə aid edilmir. Çünki, onların metodo ...

                                               

Göygöl Dövlət Təbiət Qoruğu

1925-ci ildə yaradılan bu qoruq Qafqazın şimal–şərq yamaclarında Göygöl rayonunun ərazisində yerləşmişdir. Sahəsi 6739-ha-dır.Kiçik Qafqazın şimal-şərq yamacında, Xanlar rayonu ərazisində 1100–3065 m yüksəkliyində yerləşir.Qoruğun yaradılmasında məqsəd Kiçik Qafqazın ən gözəl guşələrindən biri olan Meşələrin subalp çəmənliklərinin və 1139-cu ildə Gəncə zəlzələsi nəticəsində yaranmış dağlar gözəli Göygöl, Maral göl, Qara göl, Ağ göl, Zəli göl və s. təbiət abidələrinin zənginliyi flora və fauna ehtiyatlarının qoruyub saxlamaqdır. Göygöl öz gözəlliyinə və təbii mənzərisinə görə dünyada dağ kö ...

                                               

Zaqatala Dövlət Təbiət Qoruğu

Zaqatala dövlət təbiət qoruğu - qoruq Baş Qafqaz sıra dağlarının cənub ətəklərinin orta hissəsində Zaqatala və Balakən rayonlarının ərazisində 1929-cu ildə 25.2 hektar ərazidə yaradılmışdır. Azərbaycanın Böyük Qafqaz silsiləsinin cənub yamacının şərqində yerləşir.Zaqatala qoruğu 1930-0cu ildə, Baləkən qoruğu ilə birlikdə ayrıca qoruq olaraq yaradılmışdır. Qoruğun ərazisinin dəniz səviyyəsindən hündürlüyü 650–3646 m arasında dəyişir. Qoruğun əsasın flora tərkibi dağlıq meşələrindən və dağlıq çəmənliklərindən ibarətdir.Müasir floranın mindən çox növü burada müşahidə olunur. Qoruğun ərazisi d ...

                                               

Qızılağac Dövlət Təbiət Qoruğu

Qızılağac dövlət təbiət qoruğu - 1929-cu ildə Xəzər dənizi sahilinin cənub-qərbində 88.4 min hektar ərazidə köçəri, su, bataqlıq və çöl quşlarının qışlaması, artırılması və qorunması məqsədilə yaradılmışdır. Ərazisi və ətrafı su, bataqlıq və yarımsəhra bitkiləri ilə zəngindir. Sahəsinə görə Azərbaycanda ən böyük qoruq hesab olunur. 1929-cu ildə Qızılağac körfəzi və onun ətrafındakı ərazilər Qızılağac Dövlət Təbiət qoruğu elan olunmuşdur.Qoruğun ilkin sahəsi 180 min-ha olmuşdur. Qızılağac qoruğunun əsas coğrafi əhəmiyyəti quşlar aləminin son dərəcə dinamik olmasıdır.Qoruqda ildə 300 növə ya ...

                                               

Bəndovan Dövlət Təbiət Yasaqlığı

Bəndovan Dövlət Təbiət Yasaqlığı – 1961-ci ilin noyabrında Salyan və Qaradağ rayonlarının ərazisində yaradılmışdır. Yasaqlığın yaradılmasında əsas məqsəd bu ərazidəki ceyranları və digər məməli heyvanları, köçəri və oturaq su və quru quşlarını qoyuyub artırmaqdır. Hal-hazırda ərazisi 4930 hektardır. Yasaqlığın ərazisi heyvanlar aləminə görə xeyli zəngindir. Burada məməlilərdən ceyran, dovşan, tülkü, çaqqal, canavar, porsuq yaşayır. Xəzər dənizinin sahil sularında suiti, çoxlu müxtəlif balıqlar yaşayır. Ərazidə quşlardan qu quşu, çay ördəyi, dalğıc ördəyi, vağ, qarabattaq, qaşqaldaq, bəzgək ...

                                               

İsmayıllı Dövlət Təbiət Qoruğu

İsmayıllı dövlət təbiət qoruğu - Böyük Qafqazın Cənub yamaclarında İsmayıllı rayonunun ərazisində yerləşir. 1981-ci il iyunun 12-də təbii kompleksi qorumaq məqsədilə İsmayıllı yasaqının yerində təşkil olunmuşdur. Sahəsi 5.78 min ha-dır. İki sahədən: dağ ümumi sahənin 96.3%-i və düzənlik ümumi sahənin 3.3%-ni təşkil edir. Ərazinin 87%-i meşəlikdir, 4%-i subalp çəmənliyidir. Ərazi çay vadiləri və dağ yamacları vasitəsilə bir neçə sahəyə bölünür. Torpağı qonur – meşə, çürüntülü karbonatlı dağ – meşə və dağ – çəmənlikdir. İqlimimülayim – istidir.Onun ərazisi Baş Qafqaz dağlarının Cənub yamacın ...

                                               

Təbriz Təbiət Tarixi Muzeyi

Təbriz Təbiət Tarixi Muzeyi - 1993-cü ildə Təbriz şəhərində yaradılıb. Muzeyin ekspozisiyasına müxtəlif botanik və zooloji eksponatlar daxildir. Burada dinozavr qalıqları da nümayiş etdirilir.

                                               

Şahbuz Dövlət Təbiət Qoruğu

Şahbuz dövlət təbiət qoruğu - Naxçıvan Muxtar Respublikasında qoruq. 16 iyul 2003-cü ildə yaradılmışdır, rəsmi açılışı 18 sentyabr 2004-cü ildə olmuşdur. Qoruğun əsas torpaq sahələri dəniz səviyyəsindən 2200–2400 m hündürlükdəki dağlıq sahələri, Batabat gölü və Biçənək aşırımı ərazilərində yerləşir.Naxçıvan MR-sının arid iqlim şəraitində çox zəngin təbii ehtiyatlara malikdir. Dərələyəz silsiləsinin cənub və zəngzur silsiləsinin qərb yamaclarını əhatə edir.Yüksək dağlıq hissəsində alp, subalp, çəmənlikləri formalaşmışdır. Eyni zamanda məşhur Qanel göl, Batabat göllərinin ərazisidə bu qoruğa ...

                                               

Qarayazı Dövlət Təbiət Qoruğu

Qarayazı Dövlət Təbiət Qoruğu - Azərbaycanın şimal-qərbində, Ağstafa rayonunda, Kür çayının sol sahilində yerləşən qoruq. Qarayazı Dövlət Təbiət Qoruğu 1978-ci il mart ayının 2-də təşkil olunmuşdur. Ümumi sahəsi 4.86 min ha, o cümlədən meşəlik sahəsi 3.48 ha-dır. Qoruğun sahəsini əsasən Tuqay meşələri, keçmiş əkin, örüş yerləri və boş sahələr təşkil edir. Ağstafa meşə təsərrüfatının Kürətrafı meşələrində 6000 hektara yaxın ərazidə yaradılmışdır. Lakin sonra qoruğun meşəli və meşəsiz ərazisindən 1119 hektar torpaq fondu Qazax rayonunun Sadıqlı üzümçülük sovxozuna verildi və 4855 hektar əraz ...

                                               

Bəsitçay Dövlət Təbiət Qoruğu

Bəsitçay dövlət təbiət qoruğu - nadir Şərq çinarının qorunub saxlanılması məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin 4 iyul 1974-cü il tarixli qərarı ilə 107 hektar ərazidə yaradılmışdır. Qoruq Zəngilan rayonunda Kiçik Qafqaz dağlarının cənubi-şərq hissəsinin Bəsitçay ətrafı boyunca ərazini əhatə edir. Qoruğun adı monqol mənşəli olub, Beysut tayfasının adından götürülüb. Çinarlıq qoruq ərazisinin 93.5%-ni təşkil edir. Çinar ağaclarının orta yaşı 170 ildir. Lakin, əsl nəhəng-yaşı 1200-1500 il, hündürlüyü 50 m və diametri 4 m qədər olan ağaclara da rast gəlmək olar. Qoruğun yerləşdiyi ərazi ...

                                               

Türyançay Dövlət Təbiət Qoruğu

Türyançay dövlət təbiət qoruğu - 1958-ci il mayın 6-da Ağdaş və Yevlax rayonlarının ərazisində dəniz səthindən 400 – 650 m. hündürdə təşkil olunmuşdur. Ümumi sahəsi 22488-ha – dır və burada təbii landşaft bərpa olunur və qorunur.Böyük Qafqazın cənub ətəyində Bozadağın ərazisində yerləşir.Qərbdən şərqə-35 km, şimaldan cənuba 5 km davam edir.Qoruğun ərazisində 60-dan çox ağac növü mövcuddur.Qoruqda bitən ardıc və dərman bitkisi kimi "Qırmızı kitaba"düşmüşdür.Müasir faunaların 200-ə yaxın növünə rast gəlinir. Bu mənada püstə ağacı meşələrinə, ardıc kolluğuna, heyvanlar aləminə, torpaqların aş ...

                                               

Arı

Arılar - uçan həşaratlar ailəsinə aiddir. Dünyada 20 mindən artıq arı növü vardır. Antraktidadan başqa dünyanın istənilən yerində rast gəlinir. İşçi arının ömrü 50 gün olur. 17-18 günlükdə arılar artıq bala çıxarırlar. Qüvvəsi, yəni işçi arı sayı çox olan arı ailəsi ildə 35-40 kq təmiz bal verə bilir. Arı ailəsi 3 qrupa bölünür: Erkək arı Ana arı Dişi və ya işçi arı Onlar 15 km-ə qədər yol qət edə bilirlər. Arı 15 km məsafədə yaxşı şirə taparsa, qayıdıb o biri arılara qəribə hərəkətlərlə xəbər verirlər Arılar həm də yaxşı şirə olan yeri hiss edirlər, həm də onlara qulluq edən insanı tanıyı ...

                                               

Atmosfer yağıntıları

Atmosfer yağıntıları - buludlardan damcı və ya bərk halda yerə tökülən və havadan yer səthinə və ya əşya üstünə çökən su. Yağıntının miqdarı düşən suyun əmələ gətirdiyi qatın qalınlığı ilə, mm-lə ölçülür. Atmosfer yağıntıları Yer kürəsində qeyri-bərabər, lakin qanunauyğun paylanır. Azərbaycanda yağıntıların miqdarı və rejimi müxtəlifdir. Yağıntının orta illik miqdarı 110 mm-dən Puta 1750 mm-ə qədər Kəkiran, Lənkəran dəyişir. Atmosfer yağıntıları hava və iqlimin mühüm elementlərindən olub kənd təsərrüfatı üçün böyük əhəmiyyətə malikdir. Atmosfer yağıntıları xüsusi cihazlarla yağışölçən, plü ...

                                               

Azot dövranı

Azot bütün canlıların toxumalarında mövcud olan ən əsas elementlərdən biridir. Atmosferin 78%-ni təşkil etdiyi halda havadakı azot insanlar və heyvanlar tərəfindən birbaşa qəbul edilmir. Azot ehtiyacının təmin edilməsində ən mühüm vəzifəni bakteriyalar həyata keçirir. Azot dövranı havadakı azot qazı N 2 ilə başlayır. Bəzi bitkilərdə yaşayan bakteriyalar havadakı azotu ammonyaka NH 3 çevirirlər. Başqa növdən olan bakteriyalar isə ammonyakı nitrata NO 3 çevirirlər havadakı azotun ammonyaka çevrilməsində ildırımlar da mühüm rol oynayır.Sonrakı mərhələdə nitrat yaşıl bitkilər kimi qidasını özü ...

                                               

Dalğa (su)

Dəniz dalğası - suyun səthi üzərindən əsən külək tərəfindən meydana gəlir. Bəzi bölgələrdə buna ləpə və ya şəpə deyilir. Dalğanın əmələ gəlmə səbəbləri müxtəlifdir: zəlzələ, sualtı vulkan püskürməsi, atmosfer təzyiqinin ciddi dəyişməsi və küləklər. Küləyin sürəti 1 m/s-dən az olduqda sakit səthdə zəif dalğa və ya kapilyar dalğa yaranır. Küləyin sürəti artıqca daha iri və nəzərə çarpacaq qravitasiya dalğası əmələ gəlir. Küləyin sürəti 7–8 m/s-yə çatdıqdan sonra isə dalğanın zirvəsində köpüklü dalğa formalaşır. Güclü külək əsməsi nəticəsində davamlı güclü dalğaların yaranması baş verir. Köpü ...

                                               

Dünyanın ən isti yerləri

Səhrada havanın rekord göstəricisi 2005-ci ildə qeydə alınıb + 70.5 dərəcə. Uzunluğu 900 km olan bu səhrada hətta bakteriyaların yaşamasına şərait yoxdur. Səhrada havanın orta illik göstəricisi 49.6 dərəcə, yayda isə 58.3 dərəcə təşkil edir.

                                               

Ekomorflar

Ekomorflar - bitki və heyvanların xarici mühitlə əlaqədar yaşayış forması. Yerüstü orqanizmlər üçün bu hər şeydən əvvəl rütubət hesab olunur. Rütubətə münasibətinə görə bitkilər hidrofit, hiqrofit, mezofit və kserofit, heyvanlar isə hidrofil, hiqrofil, mezofil və kserofil olur. Rütubətdən sonra mühüm rol oynayan istiliyə görə bitki və heyvanlar psixrofit və psixrofil, mezotermofit və mezotermofil, meqatermofit və meqatermofil, duza münasibətinə görə halofit və halofil, substrata münasibətinə görə litofit və litofil, psammofit və psammofil olur.

                                               

Ətraf mühit

Ətraf mühit - insanları əhatə edən, onlarla qarşılıqlı əlaqədə olan günəş şüaları, su, torpaq, hava və canlılar, antropogen maddələr, əşyalar və qurğular nəzərdə tutulur. İnsan özü də ətraf mühitin ayrılmaz və çox güclü təsirə malik olan hissəsidir. Alimlər ətraf mühiti təbii mühit və süni mühit olaraq iki hissəyə ayırmışlar. İnsanların həmişə asılı olduqlari mühit təbiidir. Süni mühit isə cəmiyyətin inkişafı ilə əlaqədər insanların fəaliyyəti nəticəsində yaradılmışdır. Müasir elmin koməyi ilə yaradılmış yeni çoxsaylı bitki və heyvan növləri, süni dəryalar, göllər, qoruqlar və s. süni mühi ...

                                               

Göy gurultusu

Göy gurultusu - ildırımın yaratdığı səsdir. Göy gurultusunun səsi ildırımın məsafəsindən və təbiətindən asılı olaraq dəyişə bilər. Şimşək və ya ildırım ətraflarındakı havanı saniyənin milyonda biri qədər bir müddətdə 30.000 dərəcəyə qədər qızdırırlar. İstilənən bu hava birdən genişləyir. Bu zaman normal atmosfer təzyiqinin təxminən 100 misli qədər bir təzyiqlə, səs sürətindən çox sürətli səs dalğaları yayılır. Bu eynilə səs sürətini keçən təyyarələrdə olduğu kimi qulağımıza partlama səsi olaraq çatır. Buna göy gurultusu deyirik. Göy guruldaması normal şərtlərdə 24 kilometrdən daha çox məsa ...

                                               

Göy qurşağı

Göy qurşağı - atmosferdə, havadakı su damlacıqlarından işığın sınması və əks olunması nəticəsində əmələ gələn optik hadisə. Göy qurşağı Günəşə qarşı tərəfdə yağış tökülən buludların fonunda böyük, müxtəlif rəngli, bir, iki və bəzən üç qövsdən ibarətdir. Adətən üst qövs qırmızı, daxili qövs bənövşəyi olur.

                                               

Xammal

Xammal - ekosistemdə təbii şəraitdə yaranan və insan tərəfindən ilkin formada istifadəyə götürülən əmtəə. İnsanın və canlı təbiətin maddi və mədəni təlabatının ödənilməsi prosesində istifadə edilən təbiətin komponentlər toplusu. Xammal təbiətdə gedən proseslərin fiziki nəticəsidir. Bir sıra xammalları çıxmaq şərti ilə bir çoxu məhdud həcmdədir və təkrar istehsalı yolu elm tərəfindən tapılmayıbdır. Xammalların bir hissəsi cəmiyyət üçün strateji əhəmiyyət daşıyır, bir hissəsi isə insan təlabatını ödəmək üçün istifadə edilir.

                                               

İqlim

İqlim - havanın çoxillik rejimi. Hava şəraitinin bir-birini əvəz edən bütün müxtəlifliklərinin məcmusu. Planetar miqyasda, zonalar daxilində iqlim makroiqlim adlanır. Müəyyən coğrafi landşaft üçün xarakterik olub bir və ya bir neçə meteoroloji stansiyanın məlumatı ilə səciyyələndirilə bilən iqlim -məhəlli iqlim mezoiqlim də adlanır, kiçik sahələrdə havanın yer səthinə yaxın təbəqəsinin iqliminə isə mikroiqlim deyilir. İqlimyaradıcı amillər günəş radiasiyası, hava axınları, ərazinin mövqeyi, səth örtüyünün vəziyyəti və sairədir. Əsas iqlimyaradıcı proseslər isə atmosferin ümumi dövranı və r ...

                                               

Qar

Qar - çox kiçik buz kristallarından ibarət atmosfer yağıntısı. Qar havanın temperaturu buludda 0 °C aşağı olduqda yaranır. Yerə enməsi 4 °C tempuraturdan aşağı olduqda baş verir.

                                               

Qiyamət anbarı

Qiyamət anbarı - "Qlobal Toxum Anbarı" layihəsidir. Anbarda dünyadakı bütün bitki toxumlarından var. Bill Qeyts də daxil olmaqla dünyanın bütün zənginlərinin uzun illərdir ki, dağın altında anbar yaratdıqları ortaya çıxıb. "Qlobal Toxum Anbarı" layihəsi 1983-cü ildən bəri Norveçdə həyata keçirilir. Anbar əgər bir gün qiyamət qoparsa, "Nuhun gəmisi" rolunu oynamalıdır. Əfsanəyə görə Nuh peyğəmbər böyük tufan baş verərkən gəmisinə hər canlı növündən bir cüt götürüb və dünyada həyatın davamını təmin edib. Norveçin şimalındakı Şpitsbergen adasında, buzlaqların arasında nəhəng bir dağın 130 met ...

                                               

Quraqlıq

Quraqlıq - yazda və payızda yağıntının normadan çox aşağı və hava temperaturunun xeyli artıq, hava rütubətliyinin isə xeyli aşağı olduğu uzun dövr. Quraqlıqda torpaqdakı rütubət ehtiyatı buxarlanmaya və transpirasiyaya sərf olunaraq qurtarır, bitkilərin normal inkişafı üçün əlverişli olmayan şərait yaranır, normal fotosintez şəraiti pozulur, nəticədə tarla, otlaq və biçənəklərdə məhsul azalır, yaxud tamamilə məhv olur. Süni suvarma, tarlaqoruyucu meşə zolaqlarının salınması quraqlığa məruz qalan yerlərdə quraqlığa davamlı bitkilərin əkilməsi də yaxşı nəticə verir.

                                               

Mövsüm

Mövsüm – ilin bir neçə ay davam edən hissəsi. Astronomik, sinoptik, iqlim, yaxud enoloji əlamətlərə görə ayrılır. Sinoptik mövsümlərin başlama vaxtı çox müxtəlifdir. Bəzən ili isti və soyuq mövsümlərə bölürlər. İqlimşünaslıqda mövsümlərin sayı və vaxtı astronomik mövsümlərlə uyğun gəlmir. Mülayim qurşaqda iqlim mövsümləri, əsasən termik əlamətlərə, tropik iqlimdə isə rütubətlənməyə quru və rütubətli mövsümlər görə ayrılır.

                                               

Nəsli kəsilməkdə olan bitkilər

Adi nar lat. Punica granatum L. - nadir, təbii sahələrdə miqdarı azalan relikt növdür. Quraq yamaclarda, çay vadilərində bitir. Siyəzən rayonunun Məsrif kəndi və Beşbarmaq dağı ərazilərində rast gəlinir.

                                               

Nəsli kəsilməkdə olan növlər

Lakin son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə artan mənfi təsiri və təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnib. Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması problemlərinin həllinə böyük diqqət yetirilir. Bu baxımdan, ekoloji siyasətin əsasını təşkil edən ətraf mühitin sağlamlaşdırılması sahəsində nəticə əldə etmək məqsədilə Avropa qanunvericiliyinin tələblərinə uyğunlaşdırılmış bir sıra mühüm qanunlar qəbul olunub, normativ-hüquqi sənədlər, dö ...

                                               

Şimşək

İldırım - göy gurultusu və şimşəkdən ibarət, səma ilə yer arasındakı elektrik boşalmasıdır. Şimşək - bir buludun bazası ilə yer arasında, iki bulud arasında və ya bir bulud içində elektrik boşalarkən yaranan qırıq xətt formasındakı müvəqqəti işıqdır. Havada olan su buxarı kondensasiya etdikdə və yuxarı qalxan hava axını kondensasiya etmiş həmin damcıların içərisindən sürətlə keçdikdə onları parçalayır, müsbət və mənfi ionlara ayırır. Həmin ionlar buludun müxtəlif sahəsinə yığıldıqda qüvvətli elektrik sahələri əmələ gəlir. Bir buludun müsbət və ya mənfi qütbü ilə digər buludun mənfi və ya m ...

                                               

Təbiətin yeddi möcüzəsi

Təbiətin yeddi möcüzəsi layihəsi Dünyanın yeddi möcüzəsi layihsinin möhtəşəm uğurundan sonra İnternetdə növbəti kampaniya ilə başlanmışdır. Bu kampaniyada Azərbaycanın palçıq vulkanları da iştirak edir. Dünyadakı 800-dən artıq palçıq vulkandan 300-dən çoxu Azərbaycandadır. Buradakı palçıq vulkanları sayına, morfoloji xüsusiyyətlərinə, yüksək aktivliyinə, gözəl görünüşünə görə digər ölkələrdəkindən xeyli fərqlənir. Assoşieyted Press agentliyi xəbər verir ki," Təbiətin yeddi möcüzəsi” Beynəlxalq internet-müsabiqəsinin təşkilatçısı olan İsveçrənin" New 7 Wonders Foundation” qeyri-kommersiya t ...

                                               

Təbii resurslar

Təbii resurslar – cəmiyyətin maddi və mədəni tələbatını yaratmaq üçün istifadə olunan, bəşəriyyəti əhatə edən təbii mühitin komponentləri. T.r ın mühafizəsinin əsas prinsipi onların səmərəli və qənaətlə istifadəsi və mümkün qədər istehsalı hesab edilir.

                                               

Torpaq sürüşməsi

Torpaq sürüşmələri dağ süxurları, torpaq kütlələrinin dağ yamacları, yarğanlar, çay, göl, dənizlərin sıldırım sahilləri boyu öz ağırlığının təsiri altında sürüşərək yerini aşağıya doğru dəyişməsidir. Sürüşmənin xarakteri və onun təhlükəlik dərəcəsi yerin geoloji qatlarının xüsusiyyətlərindən və necə yerləşdiyindən asılı olur. Sürüşmələr təbii hadisələrin və ya insan fəaliyyətinin nəticəsində torpağın yuyulması, yaxud aşınması prosesləri sayəsində baş verir və daha çox zəlzələ və fırtına zamanı müşahidə edilir. Sürüşmə kütlələri müxtəlif süxurlardan təşkil olunur ki, onlar arasında tarazlığ ...

                                               

Yer

Yer - Günəşə yaxınlığına görə Günəş sistemindəki üçüncü planet və həyat aşkar olunan yeganə göy cismidir. Radiometrik tanışlıq və digər dəlillərə görə Yer 4.5 milyard il əvvəl yaranmışdır. Yerin cazibə qüvvəsi kainatdakı digər cisimlərə, xüsusən də Yerin yeganə təbii peyki olan Aya və Günəşə qarşılıqlı təsir göstərir. Yer 365.256 gün ərzində Günəş ətrafında öz orbiti boyu hərəkət edir. Bu müddət ərzində Yer öz oxu ətrafında 365.256 dəfə fırlanır. Yerin fırlanma oxunun sabit müstəviyə əyilməsinə görə Yerdə fəsillər yaranır. Yer ilə Ay arasındakı qravitasiya qarşılıqlı əlaqəsi qabarma və çək ...

                                               

Yer saatı

Yer saatı - Ümumdünya vəhşi təbiət fondu tərəfindən hər il keçirilən beynəlxalq tədbir. Hər ilin mart ayının axırıncı şənbə günü keçirilir və hər kəsi, dövlət və kommersiya təşkilatlarını həyati əhəmiyyət daşımayan bütün elektrik cihazlarını bir saatlığa keçirməyə çağırır. Bununla da dünyada iqlimin dəyişməsinə diqqət ayırmağa çalışır. İlk dəfə bu tədbir tərəfindən The Sydney Morning Herald qəzeti ilə birgə 2007-ci ildə Avstraliyada keçirilib. Artıq gələn il dünyada tərəfdarları tapıldı, 2009-cu ildə isə geniş hərəkata çevrildi. WWF-nin məlumatına görə onu hər il 1 milyard əhali keçirir.

Ağac əkilməsi günü
                                               

Ağac əkilməsi günü

"Ağac əkilməsi günü", "Ağac günü", "Ağaclar günü" - bir sıra ölkələrdə ağac əkilməsi, yaşıllıq zolaqlarının və parkların salınması, şəhər və digər yaşayış zonalarının yaşıllaşdırılması, meşələrin bərpası məqsədi ilə ağac əkilməsi tədbirləri dövrü.

Dolu (yağıntı)
                                               

Dolu (yağıntı)

Dolunun ölçüsü 5 mm-dən 55 mm-ə qədər, bəzən daha çox 130 mm, kütləsi təqr. 1 kq olur. Azərbaycanda ən çox Böyük və Kiçik Qafqazın dağətəyi və orta dağlıq zonasında müşahidə olunur. Kənd təsərrüfatına böyük ziyan vurur. Azərbaycanın bəzi dağlıq rayonlarında doluya qarşı mübarizədə artilleriya və raketlərdən istifadə edilir.

                                               

Əyricə (qışlaq)

Əyricə - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Çəmbərək rayonunda qışlaq. Rayondakı Toxluca kəndinin ərazisində, Ağbulaq kəndi ilə sərhəddə yerləşir. XI-XIII əsrlərdə bura kənd olmuşdur. Sonralar kənd ləğv edilmiş, qışlağa çevrilmişdir. 1960-cı ildən sonra Toxluca kəndinin qoyun ferması yerləşirdi.

Virqa
                                               

Virqa

"Viewing the Vagaries and Verities of Virga" Alistair B. Fraser and Craig F. Bohren, Department of Meteorology, The Pennsylvania State University, University Park, Pennsylvania, 2 November 1992 and 25 January 1993. National Science Digital Library - Virga Arxivləşdirilib 2005-04-20 at the Wayback Machine